Maykl Ceksonun ailəsindəki konflikt davaya çevrildi
24 İyul 2012 16:59 MədəniyyətMaykl Ceksonun bir vaxtlar satın alaraq anasına hədiyyə etdiyi malikanədə dava düşüb. Dalaşanlar Ceksonlar ailəsinin üzvləridir.
Vesti ru-nun məlumatına görə. Maykl Cekson ailəsinin iki üzvü dalaşıb və onlar haqqında cinayət işi açılıb. Polis həmin şəxslərin adlarını hələ açıqlamayıb. Mərhum pop-kralın bacıları Cermeyn və Canet, habelə qardaşı Rendi malikanədən Maykl Ceksonun övladları Prins, Peris və Blanketi qovub çıxarmaq istəyirlər."Canet və qardaşları bildiriblər ki, bu malikanə onlara məxsusdur. Onlar Maykl Ceksonun uşaqlarını qovurlar. Uşaqlar da polis çağırıblar", - polisdən bildiriblər. Malikanənin mühafizəçilərinə tapşırılıb ki, Canet, Cermeyn və Rendini evə buraxmasın. Maykl Ceksonun övladları şokdadır. Onlar əmiləri və bibilərinin niyə belə davrandıqlarını başa düşmürlər. ("OLAYLAR"İA)