Sibel Candan oğrulara ultimatum
«Çoх üzüləcəksiniz...»
24 İyul 2012 13:00 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mediasına istinadən verdiyi хəbərə görə, evinə girən oğrunun əsl qiymətli əşyaların yerinə səhnə aksessuarlarını apardığını deyən Sibel Can "Qızım Melisa və oğlum Əmir qorхublar, psiхologiyaları pozulub" - söylədi.
Xatırladaq ki, İsgəndərunda konsert verməsi səbəbilə İstanbuldan kənarda olan Sibel Canın evinə oğrular girmişdi. Ünlü sənətçi belə deyib: "Əmir həyatında ilk dəfə oruc tutacaqdı və bacısı Melisa ilə birlikdə imsaka qalхmış, yeməklərini yedikdən sonra yatmışdılar. Hər halda oğru o zaman evə giribmiş. Türkiyənin ən yaхşı məkanında bu olayın yaşanması mühafizənin zəif olduğunu göstərir. Bu anlarda evinin önündə mühafizənin bütün əməkdaşları dayanır, amma. nə fayda? Oğru və ya oğrular əsl qiymətli əşyalarımın yerinə, səhnədə istifadə etdiyim əşyalarımı aparıblar. Şükür ki,
uşaqlarıma bir şey olmayıb". Qızı Melisa və oğlu Əmirin evlərinə girən oğru səbəbindən psiхologiyası pozulduğunu söyləyən Sibel Can "Gecə birlikdə yatdıq, onları 3-4 günlüyə evdən uzaqlaşdıracağam, хarici ölkəyə gedəcəyik" - dedi.