Aktrisa saçyolduda döyüldü VIDEO
23 İyul 2012 14:23 MədəniyyətLivanın ən məşhur aktrisalarından biri Vard əl Xəal restoranda rəfiqəsi ilə oturaraq nahar edərkən qısqanclıq içində boğulan bir qadının hücumuna məruz qalıb.
Milli.Az "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Livanın Cbeyl şəhərində restoranda olarkən əl Xəala bir qadın yaxınlaşaraq qışqırıb: "Ərimdən əl çək! Onun yanında veyillənmə!" Bundan sonra həmin qadın aktrisanın saçlarından yapışaraq yolmağa, əl Xəalı yumruqlamağa başlayıb.Əl Xəal da qadını cavabsız qoymayıb, masanın üstündəki nimçəni qadının başına çırpıb.Dalaşanları restoranın mühafizə xidməti zorla ayırıb.
Baş verənləri həmin an restoranda olan müştərilərdən biri çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31