Mədəniyyət aləmində daha bir itki...

Məşhur ukraynalı aktyor Boqdan Stupka vəfat edib. Publika.Az-ın məlumatına görə, aktyorun ölüm səbəbləri hələlik açıqlanmayıb. Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir Nikolay Azarovu aktyorun dəfni ilə bağlı təşkilat komitəsi yaratmağı tapşırıb. Boqdan Stupka SSRİ xalq artisti və Ukrayna qəhrəmanı adlarına layiq görülmüşdü. O, yüzlərlə sənədli və televiziya filmlərinə çəkilmişdi. Stupkanın məşhur rolları isə "Taras Bulba"da baş rol və "Dom" ("Ev") filmində Qriqori Şamanov olub.1980-cı ildə Stupka "Vəhşi mələk" və "Vanya dayı" tamaşalarındakı roluna görə SSRİ dövlət mükafatına layiq görülmüşdü.2001-ci ildən İvan Franko adına Akademik Milli Dram Teatrına bədii rəhbərik edirdi.
2011-ci ilin avqustun 27-də Stupkanın 70 yaşı tamam olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31