Ağrı Qaradağlı İstanbulda evləndi - FOTO

Gənclər Güneylə Quzeyi ailələrində birləşdirdilər

Güney Azərbaycan milli azadlıq hərəkatının fəallarından olan Ağrı Qaradağlı bu həftə İstanbulda ailə həyatı qurub.  İstanbulun "boğaz" hissəsində keçirilən toy mərasimində Guney və Quzey Azərbaycandan, Türkiyədən qonaqlar iştirak edib.
Toyu haqqında Modern.az-a danışan Ağrı Qaradağlı xanımının Quzey Azərbaycandan - Bərdə rayonundan olduğunu bildirib. Qeyd edək ki, 8 ilə yaxın Bakıda mühacir həyatı yaşamış və Mahmudəli Çöhrəqanlının lideri olduğu Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı təmsilçiliyini icra etmiş Ağrı Qaradağlı ötən ilin sentyabrında Azərbaycan Respublikasını tərk edib Gürcüstana sığınmışdı. Orada bir neçə ay qaldıqdan sonra isə Türkiyəyə keçmişdi. Hazırda GAMOH-un İdarə Heyətinin üzvüdür.
Xoşbəxt olsunlar

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31