Tamara Sinyavskaya Bakıya gəlir
20 İyul 2012 14:17 MədəniyyətAzərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyi keçiriləcək. Yubiley mərasimi iyulun 24-də Qəbələ şəhərində baş tutacaq. Bu mərasimdə iştirak etmək üçün müğənninin həyat yoldaşı, məşhur musiqiçi Tamara Sinyavskaya Azərbaycana gəlir.
Qəbələyə getmədən əvvəl Tamara Sinyavskaya iyulun 23-də Bakıda mətbuat konfransı keçirəcək. Qeyd edək ki, Müslüm Maqomayevin 70 illik yubiley tədbiri Qəbələdə keçiriləcək IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. Festival Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31