Aygün Kazımova Safuranı niyə ağlatdı
Müğənni Safura Əlizadə etiraf edib ki, yerli şou-biznesdə onu dəstəkləyən ilk adam Aygün Kazımova olub
20 İyul 2012 13:01 MədəniyyətMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, müğənni bu barədə yerli telekanallardan birinin efirində açıqlamasında deyib."Mən "Yeni ulduz" yarışmasında iştirak edəndə o mənə məsləhətlər verirdi. Bir dəfə Aygün xanım müsabiqəyə gəlməmişdi. Mən həmin vaxt pərdə arxasında ağladım. Çünki oxuyan zaman ona baxmayacaqdım. İndi bir çox müğənnilər məni dəstəkləyirlər. Mən Aygün xanımın yaradıcılığını uşaqlıqdan izləyirəm. O, yerli şou-biznesə bir çox yeniliklər gətirib", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31