Azərbaycanın əməkdar artistindən şok açıqlama

"Bunu belə qoymayacağam"

Azərbaycanın əməkdar artisti Mehriban Xanlarova "Unibank" vasitəsilə kreditlə aldığı avtomobilin pulunu ödəyə bilmədiyi üçün bank onu məhkəməyə verib. Tərəflərin işinə Yasamal Rayon Məhkəməsində baxılıb və nəticədə əməkdar artistin ölkədən çıxmasına qadağa qoyulub.Dünən Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə keçirilən prosesdə aktrisanın şikayətinə baxılıb və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakının Yasamal Rayon Məhkəməsinin qərarı ləğv olunub. Məhkəmə işin baxılması üçün yenidən Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Məsələ ilə bağlı M.Xanlarova xəbər portallarına açıqlama verib. Aktrisa bildirib ki, onun banka heç bir borcu yoxdur:
"Maşını ilk mən almışam, amma bank məndən sonra maşını 4-5 adama satıb. Nəyə görə onların pulunu mən ödəməliyəm? Maşını hal-hazırda mən sürürəm. Bu işlərlə bağlı araşdırma aparılır. Vəkilim də maraqlanır. Nəticəni gözləyirik. Azərbaycanda tək kreditdə olan maşını alıb-satan şəxs mən deyiləm ki? Nə qədər adam bu işlə məşğuldur? Məhkəmə mənim ölkədən gedib-getməməyimə qadağa qoysa da, qoymasa da, məsələni çözəcəyəm. Bunu belə qoymayacağam".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31