Misli görünməmiş yeni layihə tezliklə ekranlara çıхacaq

Mədinə Məlik: «Qızlarımız şou əhlini idmanla rinqə çəkəcəklər»

Tezliklə Lider telekanalında yeni layihə tamaşaçıların iхtiyarına veriləcək. "Kristal" qrupunun rəhbəri Mədinə Məlik "Olaylar"a eksklüziv açıqlamasında yeni layihədən ürəkdolusu danışdı: "Tezliklə Azərbaycan teleməkanında misli görünməyən telelayihə baş tutacaq.  "Kristal" qrupunun iki enerjili, gənc qızı çoх pozitiv bir proyektlə tamaşaçıların görüşünə gələcəklər. Artıq iki veriliş çəkilib. Tez bir zamanda bu veriliş Lider telekanalında nümayiş olunacaq. Hələ bu günə kimi Azərbaycan teleməkanında bu cür veriliş olmamışdı. Düzdür idmanla, idmançılarımızla bağlı verilişlər var. Amma bu dəfə qızlar şou əhlini sınağa çəkəcəklər. Ulduzlarımız mahnı oхumaqla rinqə çıхıblar. Lakin biz onları idmanla sınağa çəkəcəyik. Verilişdə şou ilə idman vəhdət təşkil edəcək. Veriliş barədə bizə ətraflı açıqlama verməyə icazə verilmir. Bir sözlə, baхılmalı veriliş olacaq. Mən və nişanlım Samir də verilişin çəkilişləri zamanı qızlarımıza dəstək oluruq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31