Hadisə siyasətçi olmaq istəyir
50 yaşdan sonra...
19 İyul 2012 14:25 MədəniyyətTürkiyənin pop ulduzu Hadisə Belçikadan Türkiyəyə gələndə ən çox nəyə təəccübləndiyini açıqlayıb. "Qafqazinfo"nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Hadisə türk xalqının çox yaxşı niyyətli olduğunu deyib: "Türklər digər millətlərdən daha səmimidir. Burada hər kəs hər işi görür. Model olan aktrisalıq edir, müğənni teatr səhnəsinə çıxır. Hətta siyasətlə məşğul olan sənətçilərdə normal yanaşılır. Mən də 50 yaşımda siyasətlə məşğul ola bilərəm".
Pop ulduz hədəflərinin hər zaman yüksəklər olduğunu söyləyib: " Əgər uğur qazanmaq istəyirsənsə, ancaq hədəflərini düşünəcək və başqaları ilə maraqlanmayacaqsan. Mən belə edirəm. Uğur qazandığım üçün məni qısqanırlar. Amma kimin nə dediyi vacib deyil, mən işimlə məşğulam".
Avropada müəllif hüquqlarının qorunmasında ciddi işlər görüldüyünü deyən Hadisə Türkiyədəki vəziyyətdən narazı olduğunu vurğulayıb: "Biz piratların qarşısını ala bilmirik. Türkiyədə iki musiqi qurumu var. Hər ikisi də müəllif haqlarını qorumağa çalışır. Bu iki təşkilat niyə birləşib bir qərar ala bilmir?! Bəstəkarlar, şairlər, müğənnilər aldadılırıq və haqqımızı ala bilmirik".