Mona Lizanın cəsədi tapılıb
19 İyul 2012 11:20 MədəniyyətFlorensiyalı arxeoloqlar Mona Liza əsərini çəkərkən dahi rəssam Leonardo da Vinçiyə model kimi poz verən Liza Qerardiniyə aid olduğu ehtimal edilən cəsədin qalıqlarını tapıblar.Lent.az-ın "lifenews.ru" saytına istinadən verdiyi məlumata görə, yarım il əvvəl arxeoloji qazıntılar zamanı öncə baş və bəzi sümük parçaları tapılıb. Maliyyə çatışmazlığı ucbatından dayandırılmış işlər iyunun 29-da bərpa ediləndən sonra isə cəsədin digər qalıqları da aşkarlanıb.Arxeoloq Silvano Vinsenti deyib ki, qalıqların Liza Qerardiniyə aid olduğuna əmindirlər, lakin skeletin DNK analizinin nəticələri məlum olmadan bu barədə rəsmi məlumat vermək hüquqları yoxdur. O, hazırda əsas işlərinin yeni tapılan cəsəd qalıqları ilə əvvəlki cəsəd qalıqlarını müqayisə etmək olduğunu bildirib. Arxeoloqun sözlərinə görə, yaxın vaxtlarda əldə ediləcək DNK məlumatları Liza Qerardininin iki övladının genetik məlumatları ilə müqayisə olunacaq.