Aygün Kazımova Tarkanı hədələdi

Xalq artisti Aygün Kazımova hesab edir ki, onun yeni klipi Şakira, Tarkan, Cenifer Lopez və Ajda Pekkanı kölgədə qoyacaq.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, müğənni bu barədə ATV telekanalında yayımlanan "10lar" proqramına açıqlamasında bildirib.Onun sözlərinə görə, hətta Türkiyə tamaşaçıları da klipi görəndə heyrətə gələcəklər."Mənim klipim üçün Amerikadan işıq avadanlıqları gətirilib. Mənə yalnız həmin işığa uyğun gələn makiyaj etdilər. Bütün kadrlar eksklüziv olacaq. Belə kadrları heç bir klipdə görməmisiniz", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31