Müəlliflər əsərlərini elektron qeydiyyatdan keçirə bilirlər
17 İyul 2012 16:18 MədəniyyətAzərbaycanda artıq iki aydan çoxdur ki, müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb. Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli "OLAYLAR"a bildirib ki, əsərlərin elektron qeydiyyatının maksimum müddəti 15 gün müəyyən olunub. Artıq müəlliflər və hüquq sahibləri agentliyə gəlmədən əsərlərinin elektron variantını quruma göndərə bilər. Elektron qeydiyyat sistemi tətbiq olunandan təqribən 20-yə yaxın əsər bu vasitə ilə qeydiyyata alınıb. Ümümilikdə isə 1996-cı ildən bu günə kimi Dövlət Agentliyi tərəfindən 8 mindən çox əsər qeydiyyatdan keçirilib. Hazırda "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin fərmanına uyğun olaraq agentliyin saytında "elektron xidmətlər" bölməsi yaradılıb. Bölmədə elektron qeydiyyat üçün ərizə nümunələri və lazım olan sənədlərin siyahısı da göstərilib.