Sibel Can hansı məkanda oхuyacaq?

Nahid Eminoğlu: «Heydər Əliyev adına saraydan münasib məkan yoхdur»

Xəbər verdiyimiz kimi Türkiyənin populyar sənətçisi Sibel Can Bakıda konsert verəcək. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun "Olaylar"a verdiyi  məlumata görə, türkiyəli müğənninin oktyabrın 6-da  Bakıda verəcyi konsertin məkanı hələ ki, dəqiqləşməyib: "Bildiyiniz kimi bizim təşkilatçılığımızla Sibel Canın Bakıya gəlişi ilk dəfə deyil. Bundan öncəki illərdə onun Bakıda möhtəşəm konsertləri olmuşdu. Məkana qaldıqda isə yəqin ki, H.Əliyev adına sarayda baş tutacaq. Çünki bundan münasib məkan yoхdur. Saray hələ ki, yay tətili ilə əlaqədar olaraq bağlıdır. On beş gündən sonra rəhbərliklə danışıqlar aparılacaq".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31