“Mahmud və Məryəm”in yaradıcı heyəti aхşam saatlarında Bakıya gəlir

Türkiyənin tanınmış kino xadimləri, "Mahmud və Məryəm" filminində çəkiləcək yaradıcı heyət bu gün aхşam saatlarında Bakıya gələcək. "Azərbaycanfilm" Kinostudiyasının  mətbuat хidmətindən Elşən Haqverdiyevin  "Olaylar"a verdiyi eksklüziv açıqlamaya görə  aktyorların Bakıya gəlişi  xalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmlə bağlıdır.
Filmin rejissoru Mehmet Ada Öztekinin də daxil olduğu heyətdə, Mahmud rolunun ifaçısı "Öyle bir geçər zaman ki..." teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu canlandıracaq qazaxıstanlı Eva Dedova da var. "Türkiyəli aktyorları gətirəcək təyyarə  bu gün axşam saat 19:30-da Heydər Əliyev Hava Limanında olacaq. Jurnalistlər də bu görüşdə iştirak edə bilərlər. Tanınmış aktrisa Məlahət Abbasova artıq Bakıdadır. O da yaradıcı heyəti qarşılamaq üçün hava limanına yollanacaq. Danışıqlardan sonra sabah mətbuat nümayəndələri ilə görüş gözlənilir. Bu görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "Mahmud və Məryəm" əsərinin müəllifi хalq yazıçısı Elçin Əfəndiyevin də iştirakı gözlənilir".
Qeyd edək ki, Bakıya gələcək heyətdə Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Açelya Özcan, İlker Kizmaz, Mert Öcal və qonaq oyuncu Cemal Hünal da təmsil olunur. 
Yerli aktyorlarımızdan  Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Murad Abdullayev, Ramiz Məlikov da filmdə rol alıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31