Kino tarixinin ən böyük qonorarı kimə qismət oldu?
16 İyul 2012 22:45 MədəniyyətSkarlet Yohanson 20 milyon dollar alıb. Hollivudun ən gözəl aktrisalarından biri olan Skarlet Yohanson kino tarixinin ən böyük qonorarını alıb. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, aktrisanın gəliri hətta Ancelina Colinin qonorarını belə ötüb. O, bu qonorarı "Qisasçılar" fantastik döyüş filminin davamı üçün alıb. Belə ki, aktrisa filmdəki "Qara dul qadın" rolu üçün 20 milyon dollar alıb. Ancelina Coliyə isə bir müddət öncə çəkilən "Turist" filmindəki roluna görə 10 mln. dollar ödənmişdi. Qeyd edək ki, "Qisasçılar"ın ilk filmi dünya rekordu vuraraq yaradıcılarına icarədən 1,355 milyard dollar gəlir gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31