Cenifer Lopez proqramdan qovuldu VIDEO

Məşhur müğənni Cenifer Lopez münsiflər heyətində olduğu televiziya proqramından qovulub."Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Cenifer yeni səslərin kəşf edildiyi "American Idol" yarışma proqramında münsif vəzifəsini tərk etməli olub. ABŞ-ın Fox kanalı yeni mövsüm üçün kanaldan 17 milyon dollar istəyən Lopezi jüridən çıxarıb.Qeyd edək ki, 42 yaşlı müğənni ilk sezonda 12, ötən sezon 15 milyon dollar almışdı. Artıq qiymətinin artıran müğənninin tələbi ilə razılşamayan kanal yeni mövsümə Cenifersiz başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31