Məleykə Əsədova toyundan nə danışdı

Xalq artisti: "Ailə qurmalıydım və qurdum da"

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın toyunda media mənsubları iştirak etməyəcək. Bu barədə "Merkez.az"a aktrisa özü məlumat verib. Onun sözlərinə görə, toy qapalı keçiriləcək və jurnalistlərin iştirakına qadağa qoyulacaq: "Mən bilirəm ki, nişanlanmaq xəbərimə məni sevənlər insanlar, o cümlədən də jurnalistlər çox sevinib. Hər kəsə bu xoşbəxtliyi arzulayıram. Amma məndən heç kim inciməsin, toyumda media iştirak etməyəcək, heç bir foto və çəkilişlər aparılmayacaq. Bunu həm mən özüm istəmirəm, həm də nişanlım. Ümumiyyətlə, ailə barədə bir də mənim dilimdən heç nə eşitməyəcəksiniz, mən sənət adamıyam və yalnız sənətimlə bağlı sualları cavablandıracağam. Əsas odur ki, ailə qurmalıydım və qurdum da".Maraqlıdır, görəsən, nişanlısı xalq artistini "ya sənət, ya ailə" dilemması qarşısında qoymayacaq ki? Xalq artisti qətiyyətlə bunun mümkünsüzlüyünü bildirdi: "Mən sənətdə sözümü demiş bir aktrisayam, o da sənətimə qiymət verib, məni sevib. O məni heç vaxt dilemma qarşısında qoymaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31