Tarkan gələn ay Qəbələdə konsert verəcək

Konsert proqramı gələn ay baş tutacaq

Tarkan gələn ay Azərbaycanda konsert verəcəkş Bu dəfə sənətçi paytaxtda deyil, Qəbələdə çoxsaylı pərəstişkarlarının qarşısına çıxacaq. Tarkanın Qəbələdəki konsertini təşkil edən "Səs Organization"un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında bildirib ki, meqa-star avqustun sonuncu dekadasında Qəbələdə çıxış edəcək. Təşkilatçı artıq bununla bağlı müvafiq danışıqların aparıldığını və hazırda konsertin proqramının hazırlandığını deyib. Təşkilatçı müğənninin menecerinin daha bir məsələyə münasibətini açıqlayıb: "Bu günlərdə Azərbaycanda yeni bir müğənni, Mila Tarkanla işbirliyində olduğunu və artıq bununla bağlı danışıqların baş tutduğu dedi. Tarkanın meneceri ilə söhbətimiz zamanı, o belə bir əməkdaşlığın nəzərdə tutulmadığını, ümumiyyətlə, onların belə bir məsələdən xəbərləri olmadığını açıqladı. Bu cür yanlış informasiyalarla gündəmə gəlmək və tamaşaçıları aldatmaq çox səhv bir yoldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31