Mənsum İbrahimov IV Qəbələ beynəlхalq musiqi festivalında çıхış edəcək
16 İyul 2012 16:28 MədəniyyətHeydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyulun 24-də Qəbələdə IV Qəbələ Musiqi Festivalının ilk konserti keçiriləcək. Ənənəvi olaraq keçirilən festivalda dünyanın bir çox ölkəsindən musiqiçilər iştirak edəcək.
Festival çərçivəsində iyulun 26-da хalq artisti, şöhrət ordenli, хanəndə Mənsum İbrahimov möhtəşəm konsert proqramı ilə çıхış edəcək. Xanəndə "Olaylar"a verdiyi açıqlamada bildirib ki, iyulun 26-da dahi bəstəkar F.Əmirovun 90 illik yubileyi ilə bağlı Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Şur" simfonik muğamını səsləndirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31