Azərbaycanlı milyonçudan Ebru Gündəşə yeni hədiyyə

Türkiyənin populyar müğənnilərindən biri Ebru Gündəş dünən Şimali Kipr Türk Respublikasındakı "Kıbrıs Savoy" otelində konsert verib. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, otel Gündəş üçün məxsusi olaraq İstanbula təyyarə yollasa da, müğənni əri, azərbaycanlı milyonçu Reza Zərrabın ona aldığı reaktiv təyyarəni seçib və Kıbrısa yollanıb. Gündeş səhnədə olarkən qulaqlarında yeni sırğalar vardı. Deyilənə görə, Zərrab bu sırğaları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 50 min dollara hazırlatdırıb. Bundan başqa, Gündeşin səhnədə istifadə etdiyi əşyaların az qala hamısı "Swarovski" büllurları ilə bəzədilmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31