Məşhur müğənni məhkəməyə verildi

Türkiyənin tanınmış müğənnisi Alişan yalan danışdığı üçün məhkəməyə verilib. Bir müddət əvvəl televerilişində xəstə bir qızın müalicə xərclərini üzərinə götürəcəyini bildirən müğənni sözünün üstündə durmayınca həmin ailə müğənnini məhkəməyə verib. Xəstə qızın ailə vəkili bildirib ki, müğənni ailəni aldatdığı üçün 110 min dollar təzminat ödəməlidir. Məhkəmə artıq şikayətin baxılması üçün edilən müraciəti qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31