“Öyle bir geçər zaman ki...”nin Metesi Bakıya gəlir

“Mahmud və Məryəm”in yaradıcı heyəti Azərbayacana gəlir

Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmin yaradıcı heyəti Azərbayacana gəlir. Bu barədə məlumatı ANS PRESS-ə layihənin kordinatoru Berat Berberoğlu verib. Onun sözlərinə görə, Türkiyənin ən baxımlı seriallarından olan "Kuzey Güney" serialının rejissoru, eyni zamanda "Mahmud və Məryəm"də rejissoru olan Mehmet Ada Öztekin də Bakıya gəlir. Filmin yaradıcı heyəti sabah yerli vaxtla saat 19:30-da Bakıda olacaq.Bakıya gələn aktyorlar arasında "Öylə bir keçər zaman kı..." filminin Metesi - Aras Bulut İynemli, Eva Dedova, Fəxrəddin Manafov, Məlahət Abbasova,Tomris Incer, Mehmet Çevik,Polat Bilgin,Şafak Başkaya,Kristina Krepela,Şamil Süleymanov, Açelya Özcan,Murad Abdullayev, İlker Kizmaz,Ramiz Məlikov. Mert Öcal və Cemal Hünal var.Qeyd edək ki, filmin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılması nəzərədə tutulub. Əsər savaş, səfalət və böyük sevgidən bəhs edir.Xatırladaq ki, ekran əsəri Azərbaycanın "Salnamə" və Türkiyənin "24 Karefilms" kinostudiyaları tərəfindən istehsal olunacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla, 30-dan çox ölkədə satışı planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31