HAQQ  QALİB GƏLDİ....

Xatirə xanım Hacıyevanın həvəskar şairə kimi şeirlərini düzəliş etmədən olduğu kimi təqdim  edirik.

HAQQ  QALİB GƏLDİ

Bu gün millətimin uğur günüdür,

Qələbə günüdür sevinc günüdür.

Zəfər bayrağımız ucalıb göyə,

Biz qalib gəlmişik yağı düşmənə.

Millətim, gəl sevək biz bu dövləti

Sevək xalqımızı, sevək rəhbəri.

Quran da deyir ki Allah göndərir.

Sizin başçınızı, sizin rəhbəri.

Xalqın hər bir üzvü nəzərindədir.

Ardınca gedəni çəkir irəli,

Bir olsaq nə edər dəmir parçası.

Özümüz olmasaq baltanın sapı.

Cənnətdir bu dünya-Azərbaycandır.

Onun bu dünyada yoxdur oxşarı.

Qarabağ Vətənin vuran ürəyi.

Qələbə haqqındı, Haqq qalib gəldi.

DOSTUN  ALLAHDIR

Əsas bu dünyanı düz anlamaqdır,

Yeganə dostun var, o da Allahdır!

Ana bu dünyaya gəldiyin yoldur.

Səninçün əzizdir, ən yaxındır.

Ama bir dostun var o da Allahdır!

Ata köməyindir, dayaqdır sənə.

Hörmətini saxla, dəymə qəlbinə.

Ana günəşindir, Ata ayındır.

Amma bir dostun var o da Allahdır.

Ata damarımda axan qanımdır.

Bacılar, qardaşlar verilən paydır.

Lazımi gələndə can yandırandır.

Ana da ata da bir gün olmasa.

Dünyada ən yaxın adamlarındır.

Amma bir dostun var o da Allahdır.

Ailə Allahın bir qismətidir.

Tale yollarında bir köməyindir

Övladlar nəslinin davamçısıdır.

Gərək möhkəm olsun ailə bağları.

Amma bir dostun var o da Aııahdır.

Şükür elə Allahın verdiklərinə.

Həm rahat həyata, həm çətinliyə.

Halal ruzi qazan öz zəhmətinlə.

Var-dövlət taleyin alın yazısı.

Bil ki bir dostun var o da Allahdır.

Kiminsə sevgisi çox ola bilər.

Səninçün özünü öldürə bilər.

Amma ölüm gəlsə nə edəcəkdi.

Sənə ömür verən o yaradandır.

Bil ki, Bir dostun var o da Allahdır.

DÜNYA NAĞIL OLSAYDI...

Nolardı bu həyat nağıl olaydı.

İnsanlar bir-birini aldatmayaydı.

Hiyləgər kiməsə tələ quranda.

Karıxıb tələyə özü düşəydi.

Hamı bu dünyaynı düz anlayaydı.

Fitnəkar adamlar heç olmayaydı.

Qaranlıq meşədə azan olanda,

Düz yolu göstərən qoca olaydı.

Hamının ürəyi geniş olaydı.

Hər kəsin qəlbinə sevinc dolaydı.

Geniş ürəklərdə yanan işıqdan.

Qəlbiqaralar da işıqlanaydı.

Qırx metr quyular heç olmayaydı.

Hamının bəxtinə ağ at düşəydi.

Taleyə yazılan çətinliklər də,

Nağıltək xeyirlə başa çataydı.

Xatirə AĞDAMLI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31