Teymur Əmrah evlənir,amma hələ qız axtarır

Azərbaycanın əməkdar artisti, müğənni-pedaqoq Teymur Əmrah ailə qurmağa hazırlaşır

Bu barədə Publika.Az-a əməkdar artist özü danışıb. T.Əmrah bildirib ki, yad, tanımadığı şəxslə ailə qurmayacaq."Allah qoysa ailə qurarıq. Mən çətin həyat sürmüşəm. Əzab-əziyyətlə Bakıya gəlmişəm. Çətin vəziyyətdə təhsil almışam. Neçə illər tələbələrimin evimdə yaşamışam. Qohumlar arasında axtarış edəcəyəm. Yad adam istəmirəm. Zəmanə çox pisdir. Həyatdır da... Qarşılıqlı hörmət olsun. Mənim üçün əsas insani keyfiyyətlərdir", T.Əmrah söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31