Populyar seriallardan birinin yayımı dayandırılır

Filmin çəkilişi və nümayişi bir neçə il sonra davam edəcək

Türkiyənin özəl telekanallarından birində nümayiş olunan, Azərbaycanda da xeyli tamaşaçısı olan "Çocuklar Duymasın" (Uşaqlar eşitməsin) serialının yayımı müvəqqəti olaraq dayandırılacaq. Bu barədə məlumatı filmin ssenari müəllifi və prodüsseri Birol Güven yayıb. Güven, nəvələr böyüdükdən sonra filmin çəkilişlərinə davam edəcəklərini deyib."Çocuklar duymasın serialının çəkilişlərini bir müddət dayandıracağıq. Müəyyən bir zamandan sonra, Halukun nəvəsi böyüdükdən və Haluk pensiyaya çıxdıqdan sonra filmin çəkilişləri və nümayişi davam edəcək. Bəlkə o vaxta qədər Havuc (Emre) da ailə qurmuş olacaq. Yəni filmin davam etməsi üçün bir az vaxta ehtiyacımız var" - deyə Birol Güvən qeyd edib.Xatırladaq ki, daha əvvəl də bu filmin nümayişi və çəkilişi dayandırılmış, 7 il sonra, film qəhrəmanlarının övladları böyüdükdən sonra serialın yayımı yenidən başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31