“Hamısı ulduz Musiqi tariximizin səhifələri”

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun "Hamısı ulduz. Musiqi tariximizin səhifələri" adlı yeni kitabı çapdan çıxıb. 888 səhifəlik, 55 çap vərəqindən artıq olan yeni kitabda Azərbaycan musiqi tarixində silinməz izlər qoyan görkəmli sənətkarların ömür və sənət yolları haqqında toplanmış yazılar Rafael Hüseynovun 30 ildən artıq bir müddətdə apardığı tədqiqatların, çoxlu sayda əlyazmaların, arxiv materiallarının öyrənilməsi, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib.
Kitabın redaktorları SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli və akademik Teymur Bünyadovdur. Kitabda verilən sənədlər uzun illərin araşdırmaları nəticəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Milli Təhlükəsizlik Nazirliyinin arxivi, ayrı-ayrı ailələrdən və digər mənbələrdən toplanıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31