Avropanı heyrətləndirdi
9 yaşlı dahinin yaratdıqları bənzərsiz əsərlər hamını heyran etdi
13 İyul 2012 21:55 MədəniyyətOnun cəmi 9 yaşı olsa da, incəsənət ekspertləri və tanınmış rəssamlar onu "Balaca Mone" adlandırırlar. Çəkdiyi tabloları erkən impressionizm janrındakı şedevrləri xatırladan kiçik rəssamın əsərləri cəmi 15 dəqiqəyə satılıb. Milli.Az ABC-yə istinadən bildirir ki, 9 yaşlı Kiron Uilyamson 4 il əvvəl, 2008-ci ildə, 5 yaşı olanda peyzajlar çəkməyə başlayıb. O, həftədə üç əsər çəkir və indi onun rəsmlərinin hər biri on minlərlə funt-sterlinqə satılır. İngiltərənin Norfolk şəhərində yaşayan Uilyamsonun 24 əsəri bu günlərdə 250 min funt-sterlinqə satılıb. Kironun əsərləri ilk dəfə 2009-cu ilin yayında satılmışdı. Onda qapalı hərracda 19 tabloya 14 min funt ödənmişdi. Üç ay sonra "Picturecraft" qalereyasındakı satışda Kironun 16 əsərinə 17 min funt ödəndi. İndi isə Kironun "Mevagissey" tablosu 42500 funta alınıb."İncəsənətdə hələ heç nəyi bilmirəm. Oxumaq, peşəkar rəssam olmaq istəyirəm", - Kiron Uilyamson deyib.