Dünyanın ən cavan milyonçuları məlum oldu
13 İyul 2012 20:22 Mədəniyyət"Forbes" yeni siyahı tərtib edib. "Forbes" jurnalı ənənəsinə sadiq qalaraq yenə də zənginlərin siyahısını müəyyənləşdirib. Budəfəki açıqlama isə ən gənc zənginlərin adları ilə bağlıdır. Belə ki, siyahıda birinci olaraq müğənni Teylor Svift qərarlaşıb. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, 22 yaşlı ifaçı Şimali Amerika və Avstraliyaya səfərləri sayəsində il ərzində 57 milyon dollar qazanıb. "Speak Now" turu çərçivəsində o, 100-dən artıq konsert verib. Bundan başqa, Sviftin bu gəlirləri uğurlu albom satışı və reklamlara çəkilməsi səbəb olub.
18 yaşıl Castin Biber ikinci olub. O, 55 milyon dollar gəlirini albomlarının yüksək satışı, özəl çıxışları və reklam çəkimləri ilə toplayıb. Bundan başqa, kanadalı müğənni "start-up"lara da sərmayə yatırımı ilə məşğuldur. C.Biber Stamped, Tinychat və Spotify layihələrində iştirak edir.
Sentyabrda Azərbaycanda konsert verməyi planlaşdıran Rihanna isə 53 milyon dollar qazanıb. Daha sonra Ladi Qaqa gəlir, onun zənginliyi isə 52 milyon dollarla hesablanıb. Beşliyi 45 milyon dollarla Keti Perri bağlayır.
Siyahıya həmçinin Adel (35 mln dollar), Kristian Stüart (34,5 mln dollar), Lil Ueyn (27 mln dollar), Teylor Lotner (26,5 mln dollar), Robert Pattison (26,5 mln dollar) düşüblər.