Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı

"Avroviziya 2026" mahnı müsabiqəsində iştirak edəcək daha bir ölkə təmsilçisinin adını açıqlayıb.

Axşam.az xəbər verir ki, Moldova ölkəsin yarışmada təmsil edəcək iştirakçını seçib. Belə ki, müsabiqədə ölkəsini Satoşi adlı ifaçı təmsil edəcək. O, gecədə "Viva, Moldova" adlı mahnı oxuyacaq. 

Moldova iştirakçısını səsvermə ilə seçib. münsif kürsüsündə əyləşənlər arasında ölkəmizi "Avroviziya 2020-2021"də təmsil edən Samirə əfəndi də yer alıb.

Samirə gecədə 2021-ci ildə müsabiqədə oxuduğu "Mata Hari"ni səsləndirib. 

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni "Wasted love" mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31