Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva yaradıcılığının 25 illiyi münasibəti ilə bir sıra layihələrə imza atır.
 
Olaylar.az xəbər verir ki, pop ulduz bununla bağlı "The M.O.S.T" jurnalı üçün fotosessiya etdirib. Fotoqraf Anfisa Bessonovanın müəllifi olduğu fotolar müxtəlif mövzuları əhatə edir.

Sənətçi bu dəfə leopard tərzi ilə kameralar önünə keçib. Tanınmış dizayner Orxan Sultan fotosessiya üçün xüsusi geyim hazırlayıb. O, dünyaca məşhur "İv Sen-Loran" markasına müraciət edib. İncə ipək parçadan, gözoxşayan detalları ilə zəngin olan geyim maraqla qarşılanılıb.

Xalq artisti yeni görüntülərini şəxsi "İnstagram" hesabında paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31