Türkiyədə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
11:11 MədəniyyətNoyabrın 3-dən 5-dək Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov iştirak edəcək.
Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31