"Avroviziya"da İsrailin iştirakını müzakirə edəcək səsvermə təxirə salındı

Avropa Yayım Birliyi (EBU) 2026-cı il "Avroviziya" mahnı müsabiqəsində İsrailin iştirakını qadağan etmək məsələsinə dair səsverməni təxirə salıb.

Teleqraf xəbər verir ki, əvvəlcə səsvermənin noyabr ayında keçirilməsi planlaşdırılsa da, indi bu prosedur dekabr ayına keçirilib.

EBU-dan bildirilib ki, son hadisələr və regionda əldə olunmuş atəşkəs nəzərə alınaraq, noyabr ayında İsrailin iştirakına dair onlayn səsvermə keçiriləməyəcək. Səsvermə dekabr ayında keçiriləcək Avropa Yayım Birliyinin ümumi assambleyasında yenidən müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31