Nəsimi skandalı böyüyür: əslində, hansı şəhərdə doğulub? – ŞOK faktlar

 

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmaddədin Nəsiminin məzarının ölkəmizə gətirilməsi ilə bağlı məlumat ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəziləri bu addımı zəruri hesab etdiyi halda, belə bir qərarın doğru olmadığını düşünənlər də var.

Hətta İmaddədin Nəsiminin Azərbaycanda doğulmadığı, ümumiyyətlə ölkəyə heç vaxt gəlmədiyinə dair fikirlər də səsləndirilir.

Bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Nəsiminin məzarının Azərbaycana gətirilməsi ölkəmizin nüfuzu baxımından necə dəyərləndirilir?

Globalinfo.az-a danışan Nəsimişünas alim Səadət Şıxıyeva deyib ki, əslində, bu məsələnin gündəmə gətirilməsi və müzakirə mövzusuna çevrilməsi yeni deyil:

"Suriyada müharibə başlamamışdan əvvəl də, müharibə dövründə də, hətta hazırkı nisbi sabitlik müddətində də bənzər iddialar ortaya atılır. Ömründə şairin bir beytini oxumayan, kimliyi barədə aydın təsəvvürü olmayanlar belə israrla Nəsiminin nəşinin gətirilməsi ideyasını dəstəkləyirlər. Əslində, bir sıra hadisələrdə olduğu kimi, burada da kampaniyaçılıq aşkar hiss olunur. Mən də tədqiqatçı alim Dilqəm Əhməd kimi, Azərbaycandan kənarda vəfat etmiş heç kimin nəşinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Çünki bu, bizim ədəbiyyatımızın və tariximizin silinməz səhifələridir. Sözügedən məzarlar onların ömür yolunun sonudur, yaşadıqları talelərin daşlara yazılan son vərəqidir. Onların məzar yerini dəyişmək faktları təhrif və saxtakarlıqdan başqa bir şey deyil. Dini nöqteyi-nəzərdən də günahdır.

Həmin məzarları qorumanın, mədəni, ədəbi və fəlsəfi irsimizi sağlığında geniş coğrafiyada tanıdan, bu gün əsərləri ilə ədəbi-mədəni mirasımızı zənginləşdirən mütəfəkkirlərə sahib çıxmanın müxtəlif yolları var. Bunlardan biri də onların yerləşdiyi dövlətlərlə razılaşma əsasında mütəfəkkirlərimizin məzarının bərpası və daimi nəzarətdə saxlanılmasıdır. Əslində, 2008-ci ildə Hələbdə Nəsiminin türbəsi ətrafında gözəl işlərin bünövrəsi qoyulmuşdu; şairimizin adına mərkəz, kitabxana və böyük bir xiyabanın salınması nəzərdə tutulmuşdu. Bunun üçün Azərbaycan Prezidenti ilə Suriyanın keçmiş lideri arasında razılaşma da vardı. Çox təəssüf ki, müharibənin başlaması bu işləri yarımçıq qoydu".

73014511 10221609799302748 2281227486488428544 n
 

Alim bildirib ki, mədəni irsimizin və tariximizin parçası olan bu qərib məzarlar olduqları yerdə qorunmalıdır:

"Səbəbi isə qeyd etdiklərimdir. Nəsiminin Azərbaycanda anadan olması deyil, məhz Şirvanda doğulub-doğulmadığı müzakirə mövzusudur. Hələ 1999-cu ildə Nəsiminin nisbələri və ona anadan olduğu yer kimi aid olunan coğrafi məkanları tədqiq etmişəm. O dövrdən etibarən bütün məlum və ya az bilinən mənbələrə müraciət etmişəm. Orta əsr qaynaqlarının heç birində Şirvanda anadan olmasına dair işarəyə rast gəlməmişəm. Şairin təqribən bir il yarım mürşidi ilə birlikdə Bakıda məskunlaşması isə dəqiq bilinən faktlardandır. Fəzlullah həbs olunduqdan sonra da Nəsimi onun vəsiyyətinə uyğun olaraq Bakını tərk edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31