"Aysunun nə bir sənəti, nə də səsi yoxdur"
22 Aprel 11:20 MədəniyyətTanınmış aparıcı Zaur Nəbioğlunun açıqlaması marağa səbəb olub. O, öz efirində müğənni Aysun İsmayılovadan danışıb.
"Aysunun nə böyük bir sənəti, nə də səsi yoxdur. Bunu mən deyirəm. Onun sevilməsinin səbəbi çox səmimi olması ilə bağlıdır. Toylarda daha çox o var. Aysun bir məclisə getdiyi zaman hamı gəlib onunla şəkil çəkdirir.
Səbəbi isə hər anını səhnədə yaşamasıdır. Deyir ki, məni bu səhnədə var edən siz tamaşaçılarısınız, ona görə də hər şeyimi sizinlə paylaşıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31