“Dünyanın yüz qadın rəssamı” adlı beynəlxalq kataloqun təqdimatı keçiriləcək

9 aprel 2025-ci il tarixində, saat 15:00-da Atatürk Mərkəzində "Dünyanı Sənət Xilas Edəcək" layihəsi çərçivəsində nəşr olunan "Dünyanın yüz qadın rəssamı" adlı beynəlxalq kataloqun təqdimat mərasimi baş tutacaq.

Kataloqda dünyanın müxtəlif ölkələrindən olan yüz istedadlı qadın rəssamın sənət yolu, fərdi yaradıcılığı və seçilmiş əsərləri yer alıb. Layihənin əsas məqsədi qadın sənətkarların fəaliyyətini dəstəkləmək, onların beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək və sənətdə qadının roluna diqqət çəkməkdir.

Kataloqun müəllifi və layihənin rəhbəri tanınmış rəssam və kurator Nəvai Metin Məmmədoğludur. Onun təşəbbüsü ilə ərsəyə gələn bu nəşr, dünya sənət tarixində qadınların sənətə verdiyi töhfələri önə çıxaran mühüm sənədli vəsait kimi dəyərləndirilir.

Təqdimat mərasimində sənət adamları, incəsənət tənqidçiləri, media nümayəndələri, eləcə də yerli və xarici rəssamlar iştirak edəcək. Tədbir çərçivəsində kataloqda yer alan bir sıra rəssamların əsərləri də nümayiş etdiriləcək.

Ünvan: Bakı şəhəri, Atatürk Mərkəzi.
Tədbir hər kəs üçün açıqdır. Giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31