Nazirlikdən Filarmoniyadakı əməliyyatla bağlı Açıqlama
4 İyul 2024 19:27 Mədəniyyət18:52
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.
---------
16:52
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.
Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.
Əməliyyat barədə rəsmi məlumat verilməyib.