Türkiyədə Hacettepe Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Günü Festivalında Azərbaycan təmsil olunub
31 May 2024 15:18 MədəniyyətCari il 30 may tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Hacettepe Universitetində açıq havada Beynəlxalq Mədəniyyət Günü Festivalı keçirilib.
Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Əlcəzair, İndoneziya, Banqladeş, Qırğızıstan, Efiopiya, Çad, İordaniya, Liviya, və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stend təqdim ediblər.
Festivalda Azərbaycanı Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Festival çərşivəsində Azərbaycan stendi qurulub. Senddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun layihəsi ilə nəşr olunan kitablar, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kəlağayılar nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim edilib.
Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.
İlk öncə Hacettepe Universitetində Beynəlxalq Mədəniyyət Günü Festivalının açılışı olub, Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qrupları çıxış edib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Xəzər" Rəqs Ansablı milli rəqslərimizi ifa ediblər.
Qonaqlar Azərbaycan stendi ilə tanış olmuş, milli mədəniyyətimizə dair suvenirlərlə, nəşrlərlə tanış olmuş, onlara Azərbaycan, onun zəngin mədəniyyəti haqqında məlumat verilmiş və onlar milli təamlar, şirniyyatlarımıza qonaq ediliblər.



