Kitablar əsrlərdən gələn hikmətləri çatdırırlar- ANAR
24 May 2024 12:33 Mədəniyyət"Əsrlər boyu kitab insanın ən yaxın dostu olub. Onun yetişməsində, inkişafında, kamilləşməsində kitabın rolu danılmazdır".
Olaylar.az xəbər verir ki, bunu III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxışı zamanı yazıçı Anar deyib.
"Dünyanın ən gözəl, ən mənalı sözləri kitablarda əks olunub və bu kitablar əsrlərdən gələn hikmətləri çatdırırlar. Bu gün təəssüf ki, kitaba maraq azalıb. Bu da bir acı həqiqətdir. Amma bu gün üçüncüsünü qeyd etdiyimiz Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı kimi festivalların olması kitaba marağı artırmaq, ona məhəbbəti daha da gücləndirmək məqsədi daşıyır. Mən bu cəhətdən Azərbaycan Yazıçılar Birliyi adından bütün iştirakçılara və təşkilatçılara təşəkkür edirəm və qeyd etmək istəyirəm ki, belə festivallar bizim kitaba olan xalq borcumuzdur".