Beynəlxalq Muğam Mərkəzində Humay Aslanovanın ilk solo konserti təqdim olunacaq
15 Aprel 2024 17:33 MədəniyyətMayın 7-də Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı- pedaqoq Humay Aslanovanın "Humayla" adlı ilk solo konsertini təqdim olunacaq.
Konsert Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunur. 2024-cü ildə səhnə fəaliyyətinin 30 illik yubileyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlir.
Konsertdə canlı ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyaları təqdim olunacaq.
Biletlər https://iticket.az/events/concerts/humay-aslanova/112587
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31