Beynəlxalq Muğam Mərkəzi “Azərbaycan muğamı” adlı yeni layihə təqdim edir
14 Fevral 2024 14:19 MədəniyyətBeynəlxalq Muğam Mərkəzi Mərkəz fevral ayının 15-dən "Azərbaycan muğamı" adlı yeni layihə təqdim edir.
Layihə çərçivəsində ilk təqdimat tar ifaçılıq sənətinə həsr olunan "Ustad dərsi" ilə başlayacaq. 15 fevral saat 15:00-da reallaşacaq ustad dərsi tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılacaq.
Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ustad- şagird ənənələrinin qorunmasıdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31