Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak etdilər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan

Həsənova və Emin Zeynallı Novosibirsk Musiqili Teatrının 65 illik yubileyində

iştirak ediblər.

Yubileyə dəvətlilər arasında Azərbaycanla yanaşı, Rusiya (Moskva, Sankt-

Peterburq, Yekaterinburq, Omsk, İrkutsk və Kemerovo), Özbəkistan və Belarus

Respublikasının mədəniyyət nümayəndələri, teatr kollektivləri və opera ifaçıları da

olublar.

Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan "Arşın

mal alan" (Ü.Hacıbəyli) və "Paris Notr-Dama ithaf" (V.Hüqo, səhnələşdirən və

quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar təqdim ediblər.

Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən

rəğbətlə qarşılanıb.

NMT-nin direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik

Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-ci ildə

Yekaterinburqda keçirilən Gənc Operetta və Musiqili Teatr artistlərinin VI

Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək

qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31