Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Musiqi kimliyimiz" layihəsi baş tutacaq - FOTO

Gəncə Dövlət Filarmoniyasının mətbuat xidmətindən verilən məlumata görə "Musiqi kimliyimiz" layihəsi çərçivəsində çoxəsrlik keçmişə malik aşıq sənətinə, dastanlara həsr olunmuş gecələr keçiriləcək. Layihənin məqsədi milli dəyərləri gənc nəslə çatdırmaq, geniş kütləyə təqdim etməkdir. 

İlk ədəbi-bədii gecə 2 mart saat 19:00-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, ilk gecə Azərbaycan Aşıqlar Birliyi ilə birgə baş tutacaq.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31