Naxçıvan Baş Gömrük İdarəsi uşaqlar üçün tədbir keçirib - FOTO
29 Dekabr 2023 18:58 MədəniyyətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Ordubad şəhər internat tam orta məktəbinin uşaqları üçün tədbir keçirilib.
Əvvəlcə uşaqlar Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Yeni Era və Uşaq Gənclər Teatrının rəhbərliyi ilə "Yeni il möcüzəsi" uşaq şou tamaşasına baxıblar.
Daha sonra nahar fasiləsində təşkil olunmuş "Burger Master Klas" uşaqların böyük marağına səbəb olub. Burger hazırlayan balacalar öz əllərinin məhsulu olan təamların dadına da baxıblar.
Sonda uşaqlara həvəsləndirici sertifikatlar və bayram hədiyyələri təqdim olunub.












Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31