Gənclər Şuşanın mədəni irsi haqqında məlumatlandırılıb
14 Aprel 2023 11:32 MədəniyyətGənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şuşa ilinə həsr olunmuş "Şuşa-Qəhramanlıq yaddaşımız" - gənclər arasında vətənpərvərlik ruhunun yüksədilməsi proqramının təşkili layihəsi çərçivəsində son tədbirini 13 aprel 2023-cu ildə keçirib.
Layihənin məqsədi Gənclərin Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biri olan Şuşa şəhərinin işğaldan qəhrəmancasına azad edilməsi mövzusuda, vətənpərvərlik ruhunu artırmaq məqsədi ilə, seminar məşğələlər keçirmək, onları Şuşa şəhərinin mədəni iqtisadi potensialı, tarixi irsi, mədəni abidələri haqqında ətraflı məlumatlandırmaqdır.
Tədbirdə İçəriəhər DTMQİ əməkdaşları Məmmədova Sevda, Dustiyeva Sinəxanım, Dövlət Məşgulluq Agentliyinin əməkdaşı İsrafilzadə Orxan və Nizami RPİ-nin əməkdaşları Hüseynova Xədicə, Əmrahov Valeh iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.