Zərifə xanım Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi - ÖZƏL

"Zərifə xanım Əliyeva 150 -dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafat  - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib. Bildirib ki, Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur: "Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik təqqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA nın akademiki seçilmişdir. Zərifə xanım böyük alim olmaqla yanaşı ictimai işlər də aparırdı. Zərifə xanım Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31