Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir
10 Aprel 2023 13:29 MədəniyyətAzərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovla vida mərasimi keçirilir.
Olaylar.az bildirir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilib.
Mərasimdə dövlət və ictimaiyyət xadimləri, mədəniyyət, elm və təhsil xadimləri, yaradıcı ziyalılar və gənclər, mərhumun ailə üzvlər, qohumları və dostları iştirak edirlər.
Qeyd edək ki, Azərpaşa Nemətov ötən gün 76 yaşında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31