Əkbər Qosalı –Türk dünyasına qapımız

Öncə yazının axırında deyəcəklərimi yadımdan çıxmamış indi vurğulayım.

Biz bu gün Türk dünyasına - qardaş və qohum ölkələrə açılmışıqsa, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tatarıstanda bir çox şair-yazıçılarla səmimi münasibət qura bilmişiksə, xalqımızın, əcdadlarımızın ruhuna salam göndərmişiksə bu səbəbkar, qapımızı, önümüzü açan Əkbər Qoşalı qardaşımdır. Şübhəsiz onun töhfələrini heç vaxt unutmayacağam.

Demək istədiklərim bununla bitmir. Başqa bir məsələ isə bundan ibarətdir ki, qardaşım Əkbər bizi adlarını çəkdiyim bu qardaş ölkələrdən o qədər gözəl, dəyərli insanlarla tanış etdi ki, özümüzü başqa bir dünyada yenidən doğulmuş kimi hiss etdik. Dəyərli və gözəl dostlar qazandıq. Biz indi öz evimiz kimi, qırx ilin dostları kimi bir-birimizə gəlib-gedirik.

Hə, indi isə başa dönürəm. 2017-ci ilin oktyabr ayında Can azərbaycanda ilk kitabım "HARDAN HARAYA"nın təqdimatı üçün Bakıya gəlmişdim. Əziz bacım, şair-həkim Nazilə Gültacın böyük zəhmətlə hazırladığı və çap etdirdiyi şeir kitabımın tanıtımı və imza günləri üçün Bakı, Sumqayıt, Şəki kimi mərkəzlərə birlikdə getdik. Əkbər kitabımın oxuculara çatması, həm də mediada təbliğatı üçün çox çalışdı və böyük töhfələr verdi. Yeri gəlmişkən o zaman da Şəkidən deputat olan Cavanşir Feyziyevin dəstəyini də unutmaq olmaz.

Həmin tarixdən sonra daha iki dəfə Azərbaycana getdik və dostlarımız daha da artmağa başladı. Mən də dədə-baba yurduma, vətənimə qovuşmağın xoşbəxtliyini yaşadım. Əcdadlarım illər öncə Şəkidən köç etdiyi üçün anamın soyadı hələ də Kudret Sidret ŞƏKİ idi. Anam vəsiyyət etmişdi ki, dədə-baba yurdundan torpaq gətirib məzarı üstünə səpim. Elə də etdim... Anam indi rahat yatır. Allah rəhmət etsin!

Bu fürsəti mənə verdiyi üçün Əkbər Qoşalıya, əziz bacım Nazilə Gültaca və əlbəttə, Millət vəkili Cavanşir Feyziyevə minnətdarlığımı necə ifadə edəcəyimi bilmirəm.

Sonralarsa, Özbəkistana səfərimiz zamanı qardaşım Əkbər Qoşalının tanış etdiyi Xasiyyət Rüstəm kimi gözəl bir yazar dostumuzun yurduna böyük həyəcanla getdik.

Əkbər Qoşalı, Türk Dünyası Ədəbiyyat səfərimiz açdığın yollarla gedir və sürətlənməkdə davam edir.

Yeri gəlmişkən, sizin ədəbiyyat aləmindəki yaradıcılığınızı heyranlıqla izləyir, qürur duyur və fəxr edirik! Arzu edirik ki, uğurlarınız davamlı olsun!

Nə yaxşı ki, varsan dəyərli Əkbər Qoşalı!

Coşkun KARABULUT,

Fəthiyyə Ədəbiyyatçılar Qrupu Başkanı

TÜRKİYƏ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31