Nə yaxşı ki, mənim qardaşım oldun!

Əkbər Qoşalı - Bakı küləklərinin Türk dünyasına hədiyəsi...

Əkbər Qoşalı - Türk dünyasının "Dərman Ata"sı...

Türk dünyasının istənilən yerində əgər kiminsə başı ağrısa Əkbər Qoşalının da başı ağrıyar...

Əkbər hər türkün dərdinə şərik olmaq, hər yaranı sarıb-sağaltmaq üçün çırpınıb-durur...

Və Əkbər Qoşalı Yaradanın Türk dünyasın ədəbi-mədəni əlaqələrinə lütfüdür...

Türkiyədə zəlzələ olur - dağıntılar altında Əkbər qalır...

Xocalıda soyqırım olur - Əkbər 613 dəfə ölür...

Sevgili qardaşım Əkbər həyatını Türk birliyinə həsr etmiş bir adamdır.

Məsələ bununla da bitmir. Əkbər öz daxili dünyasını aydınlatmaq üçün bütün bu iş-gücün arasında kitablar yazar.

Gündüzlərini mübarizə ilə, gecələrini gələcək nəsillərə ərməğan edəcəyi əsərlərlə doldurar...

Əziz Əkbər, yaxşı ki, varsan!

Nə yaxşı ki, mənim qardaşım oldun!

Bu dolu həyatının 50-ci ili qutlu olsun. Daha neçə sağlam, xoşbəxt, uğurlu illərə və yaşlara..

Səni çox istəyirik!

Serhat KABAKLI

Türk Ədəbiyyat Vəqfi Başqanı

İstanbul-TÜRKİYƏ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31