Çuvaş Təbriki

Azərbaycandan olan qardaş, dost, yazıçı və jurnalist, vətənpərvər Əkbər Qoşalını əlli illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Doğma torpağının inkişafı, şöhrəti naminə nə qədər xeyirxah işlər görüb-sadalamaq mənə düşmür, hamınız bunu yaxşı bilirsiniz. Qoşalıya möhkəm can sağlığı və missiyasını bundan sonra da layiqincə yerinə yetirməsi üçün mətanət arzulayıram!
Əkber Qoşalı ilə 2011-ci ildə Türkiyənin Yalova şəhərində tanış olmuşam. YAFEM Türk dünyasının mədəniyyət festivalı çərçivəsində jurnalist və şairlərin simpoziumu keçirilirdi. Dərhal anladım: qarşımdakı xalqının əsl oğludur. Daha sonra, 2013-cü ilin yayında Əkbər Qoşalının başqanlıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyi məni Bakıda keçirilən simpoziumlarına dəvət etdi. Qohum xalqın aydınının dəvətini məmnuniyyətlə qəbul etdim. Yazıçılar Birliyində, qəzet redaksiyalarında, telestudiyada unudulmaz görüşlər, səhnədə qaynar çıxışlar, çay süfrəsi arxasında həmkarlarla isti söhbətlər, milli musiqi alətlərində insana toxunan xalq mahnıları ilə gözəl axşamlar, Azərbaycanın tanınmış şəxsiyyətlərinin zəngin qəbulları, dənizin sahilində gəzintilər yadımdadır... Doğma xalqı uğrunda canından keçmiş qəhrəmanların ruhu qarşısında baş əyməsindən ən dərin təəssüratlar qaldı. Fədakar, mətanətli oğulların əməllərindən bəhs edən hadisələr göz yaşlarına səbəb oldu... Azərbaycan xalqı öz oğullarının xatirəsini müqəddəs saxlayır, onların layiqli nümunəsi nəsildən nəslə ötürülür. Üçüncü görüşümüz də 2019-cu ildə şanlı Bakı şəhərində, LIFFT Dünya Ədəbiyyat Festivalında oldu. Gözlənilməz görüşün sevincinə qapılan biz artıq ən yaxın, ayrılmaz dostlar - iki türk xalqının oğlu və qızı kimi qucaqlaşdıq.
Bütün böyük qonaqpərvər Azərbaycan xalqına ürəkdən Çuvaş salamını çatdırıram!

Marina Karyagina, 
şair, dramaturq, kinorejissor, 
Çuvaş Respublikasının Əməkdar incəsənət xadimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31